https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
search
3 İyul 2026
2 İyul 2026

"Bu matç bizim ayılmağımıza təsir edəcək" - Ayxan Abbasov

"Bu matç bizim ayılmağımıza təsir edəcək" - Ayxan Abbasov

Misli Premyer Liqasının 17-ci turu çərçivəsində  “Şamaxı” və “Qəbələ” klubları üz-üzə gəlib. Qarşılaşma "Qəbələ"nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

525.az xəbər verir ki, "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov matçdan sonra oyun barədə fikirlərini bölüşüb. 

Mütəxəssis məğlubiyyəti üzücü adlandırıb və oyunun qırılma nöqtələrini qeyd edib. O, birinci hissənin sonuna qədər oyunun pis getmədiyini, lakin fasilə ərəfəsində və ikinci hissənin dərhal əvvəlində buraxılan qolların komandanı ruhdan saldığını bildirib. Abbasov bu məğlubiyyətin komanda üçün bir "xəbərdarlıq" olduğunu vurğulayıb: 

"Bəlkə də futbolçular rahatlaşmışdılar. Bu matç bizim komanda olaraq ayılmağımıza təsir edəcək".

Baş məşqçi komandada keyfiyyətin görünməməsi ilə bağlı iradlarla tam razılaşmayıb. Kərim Rossinin performansına toxunan A.Abbasov ondan daha zəif oynayanların olduğunu və bəzi futbolçuların effekt vermədiyini etiraf edib. O, autsayderlərə qarşı oyunlarda komandanın psixoloji baryer yaşadığını dilə gətirib: 

"Baryer var və bunu aşmalıyıq. Bəlkə də futbolçulardan çox şey istəyirəm, amma bizim işimiz istəməkdir, təslim olmamalıyıq".

Ayxan Abbasov futbolçu çatışmazlğı, büdcə və tək sponsorla mübarizə aparmağın çətinliyindən də söz açıb:

"Tək sponsorla çətindir. İki mərkəz müdafiəçimiz yox idi. Bilirdik ki, qışda güclənməyə ehtiyac var. Çempionata bəlli büdcə ilə başlamışıq, amma gileylənmirik. Bizim hədəfimiz bəllidir. Əsas odur ki, Premyer Liqada yerimizi qoruyaq.”

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.