https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
search
3 İyul 2026
2 İyul 2026

"Danimarkaya vurduğum qolu dünyasını dəyişmiş atama həsr edirəm" - Millimizin üzvü

"Danimarkaya vurduğum qolu dünyasını dəyişmiş atama həsr edirəm" -  Millimizin üzvü

Azərbaycanın futzal millisinin üzvü Ədalət Ələkbərov ötən gün yoxlama matçında Danimarka millisinə vurduğu qolu vəfat etmiş atasına həsr edib.

525.az xəbər verir ki, bunu oyunçu özü Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

O, sözügedən matçda qələbə qazandıqları üçün sevincli olduqlarını bildirib:

"Birinci oyunda səhvlərimiz çox oldu. Həm yaratdığımız epizodları düzgün dəyərləndirə bilmədik, həm də rəqibin fərqlənməsi üçün boşluqlar verdik. Oyundan sonrakı gün baş məşqçi səhvlərimizi göstərdi, nələri düzgün etmədiyimizi dedi, necə oynamalı olduğumuzu bir daha videoanalizlərlə başa saldı. Təbii ki, qısa vaxt ərzində hər şeyi dəyişmək mümkün deyil. Ancaq bəsit səhvlərdən qaçdıq. Üstəlik, məğlubiyyətin yaratdığı məyusluq və revanş istəyi qələbənin əldə olunmasında köməyimiz oldu. Doğma meydanda oynayırdıq, məsuliyyətimiz ikiqat idi. Düzdür, rəqibimiz Avropada futzal üzrə sayılıb-seçilən komanda deyil, amma bu gün hər bir futzal komandası sürətlə inkişaf edir. Onlar bizdən əvvəl Norveçi böyük hesabla udub, rəsmi görüşdə Qazaxıstan kimi güclü və təcrübəli heyətə malik komandanı üstələyiblər. Bu onu göstərir ki, zəif rəqib yox, oyuna zəif yanaşma olur.

Əlbəttə, qol vurduğuma görə xoşbəxtəm. Buna qədər U-19-un heyətində dəfələrlə fərqlənsəm də, əsas millidə ilk qolum oldu. İlklər hər zaman yaddaqalan və əziz olur. Vurduğum qolu dünyasını vaxtsız dəyişmiş atama həsr edirəm".

Qeyd edək ki, Azərbaycan - Danimarka matçı yığmamızın 4:2 hesablı qələbəsi ilə bitib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.