https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
search
3 İyul 2026
2 İyul 2026

“Qarabağ”ın Premyer Liqadakı oyunları "Tofiq Bəhramov"da

“Qarabağ”ın Premyer Liqadakı oyunları "Tofiq Bəhramov"da

“Qarabağ” fevralın 1-dən etibarən Misli Premyer Liqasındakı ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.

525.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, "Qarabağ" PFL-ə müraciət edərək, “Turan Tovuz”un da müvəqqəti ev oyununu keçirəcəyi “Azersun Arena”nın ot örtüyünün hazırda yaxşı vəziyyətdə olmaması və durumun daha da ağırlaşması hallarından qorunması məqsədilə 1 fevral tarixindən etibarən ev oyunlarının Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə şərait yaradılmasını xahiş edib. 

Stadionun hazırki durumu, “Qarabağ” klubunun müraciəti və ümumi infrastruktur şəraitinin daha yaxşı saxlanılmasının önəmini rəhbər tutan Peşəkar Futbol Liqası “Qarabağ” klubunun ev oyunlarının 1 fevral tarixə təyin olunan “Turan Tovuz” görüşündən etibarən növbəti bildirişə qədər Tofiq  Bəhramov adına Respublika Stadionunda keçirilməsinə qərar verib.

Qeyd olunub ki, görüşün başlama saatı və günü ilə bağlı dəyişiklik yoxdur.

Xatırladaq ki, Ağdam təmsilçisi Çempionlar Liqasının Liqa mərhələsindəki ev matçlarını da Tofiq Bəhramov adına Respublika Stadionunda oynayıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.