https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
search
3 İyul 2026
2 İyul 2026

“Qarabağ”ın nə qədər güclü olduğunu bilirəm” - Frimponq

“Qarabağ”ın nə qədər güclü olduğunu bilirəm” -  Frimponq

“Liverpul”un futbolçusu Ceremi Frimponq (Jeremie Frimpong) UEFA Çempionlar Liqasında “Qarabağ”a qarşı sabah keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, o, bu gün təşkil olunan mətbuat konfransında əvvəlcə Almaniyadan - “Bayer”dən İngiltərəyə qayıtmağının və “Liverpul”da oynamağın üstünlüyünü şərh edib:

"Özümü burada çox yaxşı hiss edirəm. Böyük Britaniyaya qayıtdığım üçün xoşbəxtəm. Burada özümü evimdəki kimi hiss edirəm. Çempionlar Liqası bizim üçün əsas hədəfdir. Bəzən meydanda işlər istədiyimiz kimi getməsə də, hər matçda sonadək mübarizə aparırıq. Turnir cədvəlindəki mövqeyimiz qənaətbəxşdir. Sabahkı qələbə bizi birbaşa 1/8 finala daşıyacaq."

Ötən həftə Premyer Liqada  “Bornmut”a məğlubiyyəti (2:3) xatırlayan Frimponq deyib:

“Belə hallar çox əsəbi olur, xüsusilə son dəqiqədə qol buraxanda. Amma növbəti gün qarşıdakı oyuna köklənməyə başlayırıq. Mənim və komandamın diqqəti indi "Qarabağ"la oyundadır”.

“Bayer” Leverkuzendə oynayan zamanı “Qarabağ”la qarşılaşmaları xatırlayan futbolçu bunları bildirib:

"Bu, gərgin oyunlar idi. Rəqib hesabda 2:0 və ya 3:0 bizdən üstün gedirdi, amma geri dönüş edə bildik. Ona görə də onların nə qədər güclü olduğunu bilirəm. “Qarabağ” həqiqətən Çempionlar Liqası səviyyəsindədir. Bu, asan matç olmayacaq. Hazırlıqlı olmalıyıq".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.