https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
search
3 İyul 2026
2 İyul 2026

“Qurban Qurbanov “Barselona” sisteminin fanatıdır” - Şahruddin

“Qurban Qurbanov “Barselona” sisteminin fanatıdır” -  Şahruddin

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev baş məşqçiləri Qurban Qurbanov haqda fikirlərini bölüşüb.

525.az xəbər verir ki, o, bu barədə Rusiyanın championat.com saytına müsahibəsində danışıb.

“Qarabağ”a gələn hər kəsdə eyni fikir formalaşır, Andrey Lunyov yalan deməz. Elə insanlar var ki, onlar haqqında fikirlər fərqli olur, amma Qurbanov haqda hamının düşüncəsi birdir. O, adı böyük hərflə yazılan insandır. Elə buna görə də Uca Yaradan onun bütün zəhmətini və ədalətini mükafatlandırır.

O, “Barselona” sisteminin fanatıdır. Bu prinsipləri bizə də aşılayır: topa nəzarət, onu qorumaq. Son vaxtlar isə fiziki hazırlıq üzərində çox işləyirik ki, Avropa səviyyəsinə uyğun olaq. Onlar bu səviyyədə hər üç gündən bir oynayırlar, biz isə yalnız Çempionlar Liqasında — üç həftədə bir dəfə. Buna uyğunlaşmaq üçün daha çox və Avropa komandalarından qat-qat güclü məşq etməlisən” - deyə bildirib.

Məhəmmədəliyev Qurbanovun karyerasında növbəti addıma hazır olub-olmaması ilə bağlı suala da cavab verib:

“O, həqiqətən çox iddialıdır, heç vaxt dayanmır. Mən onu bir dəfə də olsun özündən razı görməmişəm. Məsələn, “Liverpul”a uduzduğumuz oyundan sonra soyunub-geyinmə otağında çox əsəbi idi, hamını danlayırdı. Sonra dedi: “Yaxşı, biz pley-offdayıq, tarix yazdıq. Sevinin, uşaqlar! Amma yenə də «Enfild»dəki 0:6 hesablı məğlubiyyəti unuda bilmirdi. Ora sadəcə müdafiə olunmağa yox, qələbə qazanmaq düşüncəsi ilə getmişdik”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.