
Bu ilin yanvar ayı ərzində əlilliyə görə 251 mindən artıq şəxs pensiya alıb.
Bu barədə 525.az-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Həmçinin qeyd edilib ki, ötən ay 227 min 198 nəfər aylıq müavinət, 92 min 643 nəfər isə Prezident təqaüdü alıb.



