|
|
|
|

2025-ci ildə Qırğızıstanın Azərbaycana birbaşa investisiyalarının həcmi 13,033 milyon ABŞ dolları təşkil edib.
525.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 6,626 milyon dollar və ya 2 dəfə artıb.
Məlumata əsasən, hesabat ilində Qırğızıstandan Azərbaycana yönələn investisiyaların ölkəyə daxil olan ümumi birbaşa xarici investisiyalardakı payı 0,2% təşkil edib.
2024-cü ildə Qırğızıstandan Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 6,407 milyon ABŞ dolları olub.



