|
|
|
|

Türkiyənin Samsun şəhərində ağır yol qəzası baş verib.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza səhər saat 7:00 radələrində Ankara yolunda baş verib. İstanbuldan Orduya gedən avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarına aşıb.
Qəzada 9-u tələbə olmaqla 11 nəfər yaralanıb.
Hadisə yerinə çoxsaylı tibbi və polis qrupları göndərilib. Yaralılar təcili yardımla xəstəxanaya aparılıb.
Qəza ilə bağlı araşdırma başlayıb.
İbrahim Cəfərov




