|
|
|
|

"Avroviziya" mahnı müsabiqəsi bu il əsas müsabiqədən savayı Tailandın paytaxtı Banqkokda da keçiriləcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müsabiqənin rəsmi yayımçısı EBU məlumat yayıb.
Müsabiqə dünyada məşhur musiqi yarışmasının 70 illiyi münasibətilə təşkil ediləcək və ənənəvi xarakter daşıyacaq. Asiyadakı qalib noyabrın 14-də bəlli olacaq. Hələlik Banqladeş, Butan, Kamboca, Laos, Malayziya, Nepal, Filippin, Cənubi Koreya, Vyetnam və Tailandın nümayəndələrinin yarışmada iştirakı təsdiqlənib. İştirakçılarının sayının artacağı dəqiqdir.
Qeyd edək ki, əsl "Avroviziya" bu il Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Mayın 12 və 14-də yarımfinallar, mayın 16-ı isə final olacaq.
L.Tağıyeva



