|
|
|
|

Krım yarımadasında Rusiyanın “An-26” hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 29 nəfər ölüb.
Rusiya Müdafiə Nazirliyi Krım yarımadası üzərində planlaşdırılan uçuş həyata keçirən iki mühərrikli “An-26” nəqliyyat təyyarəsi ilə əlaqənin kəsildiyini təsdiqləyib.
Xilasetmə qrupları qəza yerində axtarışlarını davam etdirir. Bildirilib ki, göyərtədə olan 23 sərnişin və 6 ekipaj üzvünün hamısı həlak olub.
İlkin məlumatlar qəzaya texniki nasazlığın səbəb olduğunu göstərir.
İbrahim Cəfərov



