|
|
|
|

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail və ABŞ-ın Yaxın Şərqdəki bazalarına 100 ağır raket, dron və ən azı 200 raket mərmisi istifadə edərək zərbə endirdiyini açıqlayıb.
525.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi SEPAH-ın mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Eylat, Təl-Əviv və Bney Brakdakı hədəflərə qarşı əməliyyatlar həyata keçirilib. Təxminən 80 nəfərin yerləşdiyi Bəhreyndə ABŞ qüvvələrinin sığınacağın, eləcə də Küveytdəki Əl-Adiri hava bazasındakı helikopter qrupuna zərbələr endirilib. Nəticədə bir helikopter məhv edilib, digərlərinə ciddi ziyan dəyib.
Pərvanə Sultanova



