|
|
|
|

Türkiyənin Van şəhərində zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Vanın Tuşba rayonunda saat 08:52-də 5.2 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar 7 km dərinlikdə qeydə alınıb.
Zəlzələ qısamüddətli panikaya səbəb olub. Vanla yanaşı, Ağrı, Bitlis, İqdır və Hakkaridə də hiss edilib.
İbrahim Cəfərov



