|
|
|
|

Luiziana ştatının Nyu-İberiya şəhərində Laos yeni ili həsr olunmuş festival zamanı adı açıqlanmayan sürücü avtomobili insanların üzərinə sürüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə azı 20 nəfər xəsarət alıb.
Yaralıların dördünün vəziyyəti ağırdır. Hətta onlardan ikisi xəstəxanaya helikopterlə çatdırılıb. Yerli şerifin ofisindən verilən məlumata görə, hadisəni törətmiş sürücü saxlanılıb.
Qeyd edək ki, ilkin araşdırmadan sonra onun qəzanı bilərəkdən etmədiyi bildirilir.
L.Tağıyeva



