|
|
|
|

Ukrayna prezidenti Vladimir Zelenski Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyaya ilk rəsmi səfərini edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski Suriyanın paytaxtı Dəməşqə Türkiyənin xarici işlər naziri Hakan Fidanla eyni təyyarədə yollanıb.
Ukrayna lideri Dəməşqdə Suriya prezidenti Əhməd əl-Şara ilə görüşüb. Görüşdən sonra açıqlama verən Zelenski deyib:
“Biz cəmiyyətlərimizə daha çox təhlükəsizlik və inkişaf imkanları təmin etmək üçün birlikdə işləmək barədə razılığa gəldik. Regiondakı mövcud vəziyyəti və vəziyyətin yaxşılaşdırılması üçün gözləntiləri müzakirə etdik. Biz Rusiyanın Ukraynaya qarşı müharibə şərtləri barədə də danışdıq. Hərbi və təhlükəsizlik təcrübəsinin paylaşılmasına böyük maraq var. Mən onlara xalqımıza göstərilən hörmətə görə təşəkkür edirəm. Ukraynanın etibarlı qida tədarükçüsü rolunu da müzakirə etdik. Regionda ərzaq təhlükəsizliyini gücləndirmək üçün Suriyanın hazırda enerji və infrastruktur sektorlarında üzləşdiyi çətinliklərdən tam xəbərdarıq”.
İbrahim Cəfərov



