|
|
|
|

İsrail ordusu İranın cənubundakı ən böyük neft-kimya zavoduna hücum edib.
525.az xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrael Katz bildirib.
"İsrail Müdafiə Qüvvələri İranın Əsəluyə şəhərində yerləşən ən böyük neft-kimya zavoduna güclü zərbə endirib. Bu, ölkənin neft-kimya istehsalının təxminən yarısını təşkil edən əsas hədəfdir", - Katz deyib.
İranın Fars xəbər agentliyi Əsəluyədə partlayışların baş verdiyini, neft-kimya kompleksinə edilən zərbələri təsdiqləyib.
Pərvanə Sultanova



