|
|
|
|

İran Silahlı Qüvvələrinin hərbçiləri ölkənin siyasi rəhbərliyinin zəruri hesab etdiyi müddətcə döyüşməyə hazırdır.
525.az xəbər verir ki, bu barədə İslam Respublikası Ordusunun nümayəndəsi, briqada generalı Məhəmməd Əkrəminiya bildirib.
“Ordunun hərbi əməliyyatlar metodu onun uzunmüddətli perspektivdə döyüş aparılmasını mümkün edəcək şəkildə qurulub. Silahlı qüvvələr ölkənin ali siyasi rəhbərliyinin zəruri hesab etdiyi müddətcə bu kursu davam etdirməyə hazırdır", - iranlı general əlavə edib.
Pərvanə Sultanova



