|
|
|
|

ABŞ prezidenti Donald Tramp Ağ Evdə İranla potensial müharibə ilə bağlı açıqlamalar verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ liderinin sözlərinə görə, İranın iki yolu var.
“Sabah gecə İranla bağlı yeni inkişaflar ola bilər. Bütün ölkə bir gecədə məhv ola bilər. O gecə isə sabah gecə ola bilər", - Tramp deyib.
O, çərşənbə axşamı saat 20:00-a qədər İranla razılığa gəlməyə ümid etdiyini bildirib:
“Razılaşma əldə olunmasa, bizim bir planımız var, sabah gecə yarısı İranda hər körpü dağıdılacaq, İrandakı hər elektrik stansiyası bağlanacaq və bir daha istifadə oluna bilməyəcək”.
İbrahim Cəfərov



