|
|
|
|

İran münaqişənin həlli üçün ABŞ-dan təkliflər alıb. Bu təkliflər içində ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkofun əvəzinə vitse-prezident J.D. Vensin danışıqlara cəlb edilməsi də var.
525.az xəbər verir ki, bu barədə “Fars” agentliyi Tehrandakı mənbəyə istinadən məlumat yayıb.
“Tramp açıq şəkildə görüş və razılaşmaya cəhd göstərir. ABŞ-ın təklifinə Uitkofun İsrail Baş naziri Benyamin Netanyahunun çevrəsinə yaxınlığı səbəbindən uzaqlaşdırılması və İranın tələblərinə cavab olaraq ciddi dialoq qurmaq üçün Venslə danışıqlara başlanması daxildir”, - mənbə bildirib.
O da vurğulanıb ki, ABŞ İranla davam edən münaqişə səbəbindən gələn həftə enerji qiymətlərinin mümkün artımından dərin narahatlıq keçirir və bundan qaçmaq istəyir.
Pərvanə Sultanova



