|
|
|
|

Dünyaca məşhur müğənni Ledi Qaqanın dünən Kanadanın Monreal şəhərində keçirilməli olan konserti ləğv olunub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında paylaşım edib.
Buna səbəb kimi isə səhhətindəki problemi göstərib.
O, "Bell Centre" kompleksində keçirilməli olan konsertə bilet alan fanatlarından üzr istəyib: "Çəki atdığıma görə özümü pis hiss edirəm. Konsertlə bağlı plan quranlardan üzr istəyirəm. Sadəcə, sizə layiq çıxış edə bilməyəcəyimə görə üzgünəm".
L.Tağıyeva



