|
|
|
|

İsrail Xarici İşlər Nazirliyi bu ölkənin İstanbuldakı Baş Konsulluğu yaxınlığında törədilən hücumu pisləyib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada deyilir:
"İsrailin İstanbuldakı konsulluğuna bu gün törədilən terror aktını qətiyyətlə pisləyirik. Hücumun qarşısının alınmasında Türkiyə təhlükəsizlik qüvvələrinin çevik reaksiyasını yüksək qiymətləndiririk".
Açıqlamada həmçinin İsrailin dünyanın müxtəlif yerlərindəki missiyalarının hücumlara məruz qaldığı vurğulanıb.
“Terror bizi çəkindirməyəcək”, - deyə əlavə edilib.
İbrahim Cəfərov



