|
|
|
|

Çinin vasitəçiliyi ilə Urumçi şəhərində keçirilən məsləhətləşmələrdə Əfqanıstan və Pakistan fikir ayrılıqlarını mümkün qədər tez aradan qaldırmaq, gərginliyi artıra biləcək addımlardan çəkinməklə bağlı razılığa gəliblər.
525.az xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Mao Ninq brifınqdə bildirib.
"1-7 aprel tarixlərində Çin, Əfqanıstan və Pakistan nümayəndələri Urumçidə bir sıra qeyri-rəsmi görüşlər keçiriblər. Tərəflər fikir ayrılıqlarını dialoq və məsləhətləşmə yolu ilə həll etməyə sadiq olduqlarını təsdiqləyiblər, vəziyyəti gərginləşdirəcək addımlar atmamağa söz veriblər", - diplomat deyib.
O, diplomatik, müdafiə və təhlükəsizlik qurumlarının nümayəndələri də daxil olmaqla heyətlərin danışıqlarda iştirak etdiyini söyləyib. Əlavə edib ki, "Urumçi prosesi"nin iştirakçıları dialoqu yığılmış problemlərin həllinin yeganə real yolu kimi qəbul ediblər.
XİN rəsmisinin sözlərinə görə, məsləhətləşmələr zamanı nümayəndə heyətləri Əfqanıstan-Pakistan münasibətlərinin hərtərəfli həlli yollarını müzakirə ediblər, prioritet həll tələb edən əsas məsələləri müəyyənləşdiriblər. Çin dialoq üçün platforma təmin etməyə və regionda praktik əməkdaşlığın gücləndirilməsinə kömək göstərməyə davam edəcək.
26 fevralda Pakistan-Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Kabil Pakistanın Əfqanıstan ərazisinə son hava hücumlarına cavab olaraq hərbi əməliyyat keçirdiyini açıqlayıb.
Pərvanə Sultanova



