|
|
|
|

Rusiya həlak olan Ukrayna Silahlı Qüvvələrinin 1000 hərbçisinin cəsədini Kiyevə təhvil verib.
525.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunub ki, qarşı tərəf Rusiyaya 41 hərbçinin meyitin təhvil verib.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ilin iyun ayından bəri Ukrayna tərəfinə 12 mindən çox cəsəd təhvil verilib, Rusiya tərəfi isə 200-dən çox rus hərbçisinin cəsədini qəbul edib. Bu ilin fevralında daha 1000 həlak olan ukraynalı hərbçinin cəsədi Ukraynaya, 35 həlak olan əsgərin cəsədi isə Rusiyaya təhvil verilib.
Pərvanə Sultanova



