|
|
|
|

"İsrailin Livana hücumları özünümüdafiədən kənara çıxır və atəşkəsi təhdid edir”.
525.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Ali nümayəndəsi Kaya Kallas bildirib.
O deyib ki, "Hizbullah” Livanı münaqişəyə cəlb edib, lakin İsrailin özünümüdafiə hüququ bu qədər genişmiqyaslı dağıntılara haqq qazandırmır.
“İsrailin dünən gecə endirdiyi zərbələr yüzlərlə insanın ölümünə səbəb olub. Bu cür sərt hərəkətlərin özünümüdafiə anlayışına aid olduğunu iddia etmək çətindir. İsrailin hərəkətləri İran və ABŞ arasında atəşkəsə ciddi şəkildə xələl gətirir və bu, Livana da şamil edilməlidir", - Kallas vurğulayıb.
Əlavə edib ki, “Hizbullah” silahsızlaşdırılmalıdır və Aİ bu səylərdə Livanı dəstəkləyir.
Livan Səhiyyə Nazirliyi bildirib ki, 8 apreldə İsrailin Livanın müxtəlif bölgələrinə hava hücumları nəticəsində ölənlərin sayı 182 nəfərə çatıb, 890 nəfər yaralanıb.İsrailin ölkədəki əməliyyatları nəticəsində ölənlərin ümumi sayı 1739 nəfərə çatıb, 5873 nəfər yaralanıb.
Pərvanə Sultanova



