|
|
|
|
Həmyerlimiz Elnur Hüseynov "O səs Türkiyə" müsabiqəsindəki çıxışını başa vurub.
Axşam.az xəbər verir ki, tamaşaçıların səsverməsi nəticəsində Elnur yarışmanın qalibi seçilib. O, gecədə "O Sole Mio" opera parçası, "Aşk" və "Latch" adlı mahnıları səsləndirib.
Qeyd edək ki, Elnur Hüseynov müğənni Ebru Gündəşin komandasında mübarizə aparırdı.
“TV8” kanalında Acun İlıcalının aparıcılığı ilə yayımlanan yarışmanın münsiflər heyətində müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alıb.