|
|
|
|

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bir çox ölkənin TRIPP layihəsi ilə maraqlandığını bildirib.
525.az xəbər ki, bu barədə o, İrəvanda Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında bildirib.
Mirzoyan deyib ki, qlobal miqyasda və regionda baş verən xoşagəlməz hadisələrə baxmayaraq, Ermənistan və ABŞ arasında TRIPP-in tətbiqi üzrə ikitərəfli işlər davam edir.
"İşlərin sənədləşdirilməsi prosesində olduğu barədə artıq məlumat vermişik. Biz hökumətlərarası sazişin razılaşdırılması mərhələsindəyik. Amerika administrasiyasının nümayəndələri ilə daim konkret məsələlər üzrə fikir və mövqelərimizi bölüşürük. Növbəti mərhələyə, tikinti mərhələsinə mümkün qədər tez keçməyi ümid edirik və məhz burada üçüncü ölkələrə, tərəfdaşlara ehtiyacımız olacaq”, - Mirzoyan deyib.
Pərvanə Sultanova



