|
|
|
|

Dün'n Macarıstanda parlament seçkiləri keçirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, seçicilərin 77,8 faizi seçkilərdə iştirak edib.
Səsvermə yerli vaxtla 19.00-da (Bakı vaxtı ilə 21.00) başa çatmalı olsa da, bəzi məntəqələrdə növbədə olanları nəzərə alaraq onlara səs vermək imkanı yaradılıb.
Hazırki baş nazir Viktor Orbanın lideri olduğu "Fides" partiyasının qalib gələcəyi gözlənilir. "Fides"in əsas rəqibi müxalifətçi Peter Madyarın lideri olduğu "Tisa"dır.
Qeyd edək ki, artıq bülletenlərin sayılması gedir. İlkin nəticələr bu gün səhər bilinəcək.
L.Tağıyeva



