|
|
|
|

İrlandiyanın Şennon hava limanında dayanmış ABŞ hərbi təyyarəsinin üzərinə çıxan şəxs balta ilə onun gövdəsini və qanadını zədələyib.
525.az İrlandiya mətbuatına istinadən xəbər verir ki, Kanzasdan havaya qalxan və ilk olaraq Kanadada dayanan ABŞ-nin “C-130 Hercules” hərbi nəqliyyat təyyarəsi dünən İrlandiyanın Şennon hava limanına eniş edib. Aeroportun hasarını aşaraq təyyarənin dayandığı əraziyə çıxan şəxs balta ilə gövdə və qanadı zədələyib. Hava limanı əməliyyatlarının təxminən yarım saat dayanmasına səbəb olan hadisəyə polis müdaxilə edib. Bildirilib ki, təyyarəni balta ilə zədələyən şəxs 40 yaşlarında kişidir.
Həmin şəxsin həbs olunduğu və hadisə ilə bağlı istintaqın davam etdiyi qeyd olunub. Həmçinin təyyarəyə maddi ziyan dəydiyi də açıqlanıb.
Qeyd edək ki, Şennon hava limanına enən ABŞ hərbi təyyarələri ilə bağlı ötən il də üç insident qeydə alınıb.
İbrahim Cəfərov



