|
|
|
|

“ABŞ və İran danışıqlar prosesindən imtina etməyib, bütün tərəflər razılaşmanın mümkün olduğuna inanırlar”.
525.az xəbər verir ki, bu barədə “Axios” mənbəyə istinadən məlumat yayıb.
“Biz dalan vəziyyətində deyilik. Dialoq qapısı açıqdır. Hər iki tərəf danışıqlar aparır”, -mənbə bildirib.
Əlavə edib ki, Pakistan, Misir və Türkiyədən olan vasitəçilər 21 apreldə atəşkəs bitməzdən əvvəl daha bir danışıqlar raundunu təşkilinə çalışırlar. Məqsəd fikir ayrılıqlarını aradan qaldırmaqdır.
Məlumata görə, nüvə məsələsi fikir ayrılığının əsasını təşkil edir. ABŞ İrandan uran zənginləşdirməsini dayandırmağı və yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməyi tələb edir.
Pərvanə Sultanova



