|
|
|
|

Fransa prezidenti Emmanuel Makron ABŞ və İran liderləri ilə danışıqlar aparıb və onları gəmilərin Hörmüz boğazından keçməsinin qarşısını almamağa çağırıb.
525.az xəbər verir ki, bu barədə Makron “X” hesabında bildirib.
“Hörmüz boğazının mümkün qədər tez, heç bir ilkin şərt və heç bir nəzarət və ya rüsum olmadan yenidən açılması eyni dərəcədə vacibdir", - Fransa lideri vurğulayıb.
Əlavə edib ki, 17 apreldə Fransa və Böyük Britaniya digər ölkələrin iştirakı ilə Hörmüz boğazından gəmilərin keçidi ilə bağlı sırf potensial "müdafiə missiyası"nı müzakirə etmək üçün digər ölkələrlə videokonfrans keçirəcəklər. O bildirib ki, bu missiya dəniz marşrutlarının təhlükəsizliyini təmin etməyə xidmət edəcək.
Makron, həmçinin prezidentlər Donald Tramp və Məsud Pezeşkianı İslamabadda dayandırılmış danışıqları bərpa etməyə, "anlaşılmazlıqları aradan qaldırmağa və eskalasiyanın yeni mərhələlərindən qaçmağa" çağırıb. O, iki ölkə arasında razılaşdırılmış atəşkəsə ciddi şəkildə riayət etməyə və onun İsrailin Hizbullah-a qarşı hərbi əməliyyat apardığı Livana da şamil edilməsinə çağırıb.
Pərvanə Sultanova



