|
|
|
|

Müdhiş hadisə Ekvadorda, El-Oro əyalətinin Pasaxa şəhərində baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 2 həvəskar komandanın oyunu zamanı hakim meydandaca güllələnib.
Belə ki, matçın gedişində bir neçə naməlum şəxs baş hakim Xavyer Orteqaya yaxınlaşaraq ona odlu silahdan atəş açıb. 48 yaşlı referi yerindəcə canını tapşırıb.
Qeyd edək ki, oyun yarımçıq dayandırılıb və ərazi polis tərəfindən nəzarətə götürülüb. Cinayətkarların axtarışı davam edir.
L.Tağıyeva



