|
|
|
|

Ekvadorda ağır yol qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Azuay əyalətindəki Kuenka-Molleturo magistral yolunda hərəkət edən sərnişin avtobusu idarəetmənin itirilməsi nəticəsində dərəyə aşıb.
Qəzadan dərhal sonra genişmiqyaslı xilasetmə əməliyyatı başlayıb.
Təcili Yardım Xidmətlərinin açıqlamasında bildirilib ki, qəzada 11 nəfər həlak olub, 20 nəfər isə yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Qəzanın səbəbləri ilə bağlı hərtərəfli araşdırma başlayıb.
İbrahim Cəfərov




