|
|
|
|

Nigeriyanın Benue əyalətinin Edikvu Ankpali bölgəsinə silahlı hücum təşkil edilib.
525.az xarici KİV-ə istinadən xəbər verity ki, silahlı hücum nəticəsində doqquz nəfər həlak olub, çoxlu sayda insan yaralanıb. Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Qeyd edək ki, Benue əyalətində vaxtaşırı silahlı hücumlar baş verir. Son olaraq, 5 apreldə əyalətin Mbalom bölgəsində baş verən hücumda 17 nəfər həyatını itirib.
Nigeriya uzun müddətdir ki, ölkənin müxtəlif yerlərində silahlı dəstələr, eləcə də “Boko Haram” və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP kimi terror təşkilatları ilə mübarizə aparır.
İbrahim Cəfərov



