|
|
|
|

Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində on dörd nəfər seçki öncəsi rüşvət vermək və almaq ittihamı ilə saxlanılıb.
525.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Onlar Samvel Karapetyanın rəhbəri olduğu "Güclü Ermənistan" partiyasının üzvləridir. Məlumata görə, bu gün səhər saatlarında hüquq-mühafizə orqanları Artaşat şəhərində "Güclü Ermənistan" partiyası üzvlərinin ofis və evlərində axtarışlar aparıb, daha sonra saxlanılanlar olub.
Pərvanə Sultanova



