|
|
|
|

“Tehran ABŞ və İsraili İran liderlərinin qətlinə görə məsuliyyətə cəlb etmək istəyir”.
525.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi deyib.
“Biz bunu etməliyik. Düşünürəm ki, təkcə İran deyil, bütün beynəlxalq ictimaiyyət məsuliyyət tələb edir. Çünki ABŞ və İsrailin etdikləri beynəlxalq sülh və təhlükəsizliyə qarşı cinayətdir. Bu, müharibə cinayətidir, insanlığa qarşı cinayətdir", - Bəqayi bildirib.
Onun sözlərinə görə, bütün dövlətlər beynəlxalq humanitar hüquqa hörmət və ona riayət olunması öhdəliyini götürürlər: “ABŞ və İsrailin hərəkətləri bu prinsipləri pozduğu üçün bütün BMT üzv dövlətləri ABŞ və İsrailin məsuliyyətə cəlb olunmasını tələb etməlidirlər".
Pərvanə Sultanova



