|
|
|
|

Pakistan prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərif İsrail ilə Livan arasında on günlük atəşkəsi alqışlayıblar.
525.az xəbər verir ki, bu barədə onların “X” hesabında paylaşım edilib.
"Livandakı atəşkəs Yaxın Şərqdə gərginliyin azalması və sabitliyə doğru bir addımdır. Pakistan Livanın suverenliyini dəstəkləyir və regionda davamlı sülhə nail olmaq üçün İranla ABŞ arasında gərginliyi azaltmaq səylərini davam etdirir", - prezident vurğulayıb.
Baş nazir Şərif isə İsrail ilə Livan arasındakı atəşkəsin Yaxın Şərqdə davamlı sülhə yol açacağına ümid etdiyini bildirib:
"Pakistan Livanın suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyir və Yaxın Şərqdə müharibəyə son qoymaq üçün bütün səyləri dəstəkləməyə davam edəcək".
16 apreldə ABŞ prezidenti Donald Tramp İsrail və Livanın atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. O, Livan prezidenti Cozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışıqları apardığını bildirib. Trampın sözlərinə görə, tərəflər 10 günlük atəşkəsin 17 aprel tarixindən qüvvəyə minməsi barədə razılığa gəliblər.
Pərvanə Sultanova



