|
|
|
|

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin Gömrük Xidməti və İqtisadiyyat Nazirliyi 2025-ci ilin noyabr ayından 15 aprel 2026-cı il tarixinə qədər Rusiya və Qazaxıstandan Azərbaycan vasitəsilə Ermənistana idxal olan malların miqdarı barədə məlumat dərc edib.
525.az xəbər verir ki, həmçinin Azərbaycandan Gürcüstan vasitəsilə Ermənistana idxal göstəriciləri də açıqlanıb.
Qeyd olunub ki, Rusiya və Qazaxıstandan 26.295 ton mal, eləcə də Azərbaycandan 9.337 ton yanacaq Azərbaycan vasitəsilə Ermənistana idxal olub ki, bu da regional əməkdaşlığın və sülhün nəticələrinin artıq hiss edildiyini və iqtisadi inkişaf üçün yeni imkanlar yaratdığını vurğulayır..
Rusiya və Qazaxıstandan ümumilikdə 24.865 ton buğda, 1.362 ton gübrə və 68 ton qarabaşaq yarması idxal edilib.
Məlumata görə, 2025-ci ilin dekabrından 2026-cı ilin 15 aprelinə qədər Gürcüstan ərazisindən dəmir yolu ilə Azərbaycandan Ermənistana 9337 ton Azərbaycan mənşəli yanacaq idxal edilib və qeydiyyata alınıb ki, bunun da ümumi gömrük dəyəri 7,2 milyon dollar təşkil edir. Bunun 5398 tonu gömrük dəyəri 4,3 milyon dollar olan dizel yanacağ, 3939 tonu isə gömrük dəyəri 2,9 milyon dollar olan benzindir.
Pərvanə Sultanova



