|
|
|
|

Fransa Hörmüz boğazının yenidən açılması ilə bağlı sammitə NATO-nun baş katibi Mark Rutteni və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni dəvət etməyib.
525.az xəbər verir ki, bu barədə Financial Times qəzeti üç mənbəyə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Paris Londonun təklif etdiyi dəvət olunanlar siyahısından onların adlarını iki dəfə çıxarıb və əsas kimi isə bu formatın yalnız dövlət və hökumət başçıları səviyyəsində iştiraka icazə verdiyini göstərib.
Britaniya hökumətinin rəsmi açıqlamasına görə, konfransda təxminən 40 ölkə iştirak edəcək.
Fransa prezidenti Emmanuel Makron, Britaniya və İtaliyanın baş nazirləri Kir Starmer və Giorgio Meloni, eləcə də Almaniya kansleri Fridrix Merz görüşdə şəxsən iştirak edəcəklər, digər liderlərin isə müzakirələrə video bağlantı vasitəsilə qoşulması gözlənilir.
Nəşr, həmçinin qeyd edir ki, ABŞ administrasiyasının nümayəndələri iştirakçılar arasında siyahıda yoxdur, lakin Avropa liderlərinin görüşdən sonra sammitin nəticələri barədə prezident Donald Trampın Starmer və Makron tərəfindən məlumatlandırılmasını gözləmək olar.
Pərvanə Sultanova



