|
|
|
|

Rusiya neftinin Macarıstana “Drujba” boru kəməri ilə tədarükü gələn həftə bərpa oluna bilər.
525.az xəbər verir ki, bunu Tisa Partiyasının lideri, tezliklə Macarıstanın Baş naziri olacaq Peter Madyar deyib.
O bildirib ki, bu barədə ona Ukrayna tərəfi ilə əlaqə saxlayan MOL neft-qaz şirkətinin rəhbəri Jolt Hernadi məlumat verib.
“Jolt Hernadi mənə “Drujba” boru kəmərinin gələn həftə fəaliyyətə başlaya biləcəyini dedi. O, həmçinin Xorvatiyadan Adriatik Boru Kəməri vasitəsilə neft tədarükünün həyata keçirildiyini, buna görə də yaxın və ya uzaq gələcəkdə heç bir təchizat problemi olmayacağını söylədi", - deyə Madyar qeyd edib.
Pərvanə Sultanova



