|
|
|
|

İran Hörmüz boğazını açdığını elan edib.
525.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X”də bildirib.
“Livandakı atəşkəsə uyğun olaraq, İran İslam Respublikasının Limanlar və Dənizçilik Təşkilatı tərəfindən artıq elan edilmiş əlaqələndirilmiş marşrut üzrə bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi atəşkəsin qalan müddəti üçün tamamilə açıq elan edilir”, - XİN başçısı qeyd edib.
Pərvanə Sultanova



