|
|
|
|

ABŞ-nin Luiziana ştatının Şreveport şəhərində silahlı atışma zamanı çoxlu sayda uşaq həlak olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şreveport Polis Departamentinin sözçüsü Kristofer Bordelon bildirilib.
O qeyd edib ki, yerli vaxtla səhər saat 06:00-da hadisə yerinə yollanan polis əməkdaşları üç evi əhatə edən genişmiqyaslı cinayət səhnəsi ilə qarşılaşıblar.
Kristofer Bordelon üç fərqli evdə atışma nəticəsində yaşları 1-14 arasında olan 10 uşağın güllələndiyini və onlardan 8-nin öldüyünü açıqlayıb. O əlavə edib ki, hücum edən şəxs polislə atışma zamanı zərərsizləşdirilib.
Hücumun motivi hələlik məlum deyil, araşdırma aparılır.
İbrahim Cəfərov



