
"Vəfat edən şəxsin varisi mirası qəbul edərsə, avtomatik olaraq onun borc öhdəliklərini də öz üzərinə götürmüş sayılır. Bu qanunda da öz əksini tapıb”.
Bunu iqtisadçı ekspert Xalid Kərimli 525.az-a söyləyib.
İqtisadçı qeyd edib ki, əgər varis mirasdan imtina edərsə, bu halda borc öhdəliyi də ona keçmir:
“Əgər varis ümumiyyətlə mirasdan imtina edibsə və ya heç nə götürməyibsə, bu halda bank ondan heç nə tələb edə bilməz. Miras qəbul edildikdən sonra kreditin ödənilməsi ilə bağlı bəzən qrafikin yenidən strukturlaşdırılmasına ehtiyac yaranır. Bu zaman banklar artıq yeni borcalanın - yəni varisin gəlirlərini qiymətləndirərək müvafiq qərar verirlər”.
Sevinc Qarayeva



