|
|
|
|

Kolumbiya prezidenti Qustavo Petro Ekvador prezidenti Daniel Noboanı məhkəməyə verəcəyini bildirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Noboanın ona böhtan artmasıdır.
Məsələ burasındadır ki, Petro ötən ilin yazında Ekvadorda səfərdə olub. Bu zaman onu yerli hərbçilərlə yanaşı kolumbiyanın xüsusi xidmət orqanlarının əməkdaşları müşayiət edib, qoruyub. Yaxınlarda isə Noboa Petronun Ekvadora gəlişi zamanı bəzi şübhəli görüşlər keçirdiyini deyib. Konkret olaraq isə yerli "Los-Çoneros" cinayətkar qruplaşmanın "Fito" ləqəbli başçısı Xose Adolfo Masiasa Vilyamaranın yaxın ətrafı ilə görüşdüyünü bildirib.
Qeyd edək ki, bu iki ölkə arasında diplomatik münasibətlər gərgindir. Aprelin 8-də bu gərginliyin fonunda Kolumbiya höküməti Ekvadordakı səfirini məsləhətləşmələr üçün geri çağırmışdı.
L.Tağıyeva



