|
|
|
|

Çin ABŞ-ın İran bayrağı altında üzən yük gəmisini ələ keçirməsindən narahatlığını ifadə edib.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Quo Jiakun jurnalistlərə deyib.
O bildirib ki, Hörmüz boğazındakı vəziyyət həssas və mürəkkəbdir.
“Çin bütün tərəfləri atəşkəs razılaşmasına məsuliyyətlə əməl etməyə çağırır. Tərəflər gələcək eskalasiyadan çəkinməli və boğazdan normal tranzitin bərpası üçün lazımi şərait yaratmalıdırlar", - rəsmi əlavə edib.
Daha əvvəl ABŞ İran limanlarının blokadasını pozmağa çalışan İran yük gəmisinə atəş açdığını və onu ələ keçirdiyini açıqlayıb. İran ordusu gəminin Çindən gəldiyini və "ABŞ ordusunun silahlı piratçılığına" qarşı cavab tədbirləri görüləcəyini vəd edib.
Pərvanə Sultanova



