|
|
|
|

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) aktiv fəaliyyəti bərpa etmək üçün addımlar atmayacaq”.
525.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının toplantısında deyib.
“Bildiyiniz kimi, Ermənistanın KTMT-dəki üzvlüyü dondurulub və fəaliyyətin bərpası üçün heç bir addım atılmayacaq. Bu, bizim seçki platformamızda təsbit olunub”, - Paşinyan bildirib.
O qeyd edib ki, Ermənistanın çoxtərəfli formatlarda iştirakı balanslı və ədalətli xarici siyasətin effektivliyini artırmaq üçün vacibdir.
“Biz Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaqda maraqlıyıq. Balanslı və ədalətli xarici siyasət kontekstində Ermənistan digər çoxtərəfli formatlarda iştirakını və ya əməkdaşlığını nəzərdən keçirəcək”, - Baş nazir deyib.
Pərvanə Sultanova



