|
|
|
|

İspaniya Hörmüz boğazında heç bir hərbi əməliyyatda iştirak etmək niyyətində deyil.
525.az xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares deyib.
"Hörmüz boğazı bir daha bütün ölkələrdən gələn gəmilər üçün ayrı-seçkilik olmadan azad, təhlükəsiz və maneəsiz tranzit yoluna çevrilməlidir.
Biz Hörmüzdə heç bir hərbi əməliyyatda iştirak etməyəcəyik”, - deyən XİN başçısı İsrail ilə Avropa İttifaqı arasında assosiasiya sazişinin ləğvini dəstəklədiyini bir daha vurğulayıb.
Albares əlavə edib ki, Avropa İttifaqı yalnız demokratik və fundamental insan hüquqlarına hörmət edən ölkələrlə əməkdaşlıq edə bilər.
Pərvanə Sultanova



