|
|
|
|

Yaponiyada baş verən güclü zəlzələ Atom Elektrik Stansiyalarının işinə təsir etməyib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə TEPCO elektrokompaniyası məlumat yayıb.
Məlumata görə, "Fukusima-1", "Fukusima-2", "Onaqava", "Hiqasidori" və digər stansiyaların işində problem yaranmayıb. Radiasiya fonu normanı aşmayıb.
Qeyd edək ki, dünən Yaponiyanın qərb sahillərində 7,5 bal gücündə güclü zəlzələ baş verib. Zəlzələnin episentri Sakit okeanın İvate prefekturasına yaxın hissəsində yerləşib.
L.Tağıyeva



