|
|
|
|

Sankt-Peterburqdan İstanbula uçan "Airbus A321" təyyarəsi Rumıniyanın paytaxtı Buxarestə təcili eniş etməli olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin uçuş zamanı halının pisləşməsi olub.
Eniş zamanı həmin sərnişinin ölümü qeydə alınıb. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.
Qeyd edək ki,, əsasən rusiyalı turistlərin olduğu "Pegasus" şirkətinə məxsus təyyarənin salonunda 200 civarında sərnişin olub.
L.Tağıyeva



