|
|
|
|

NATO-nun baş katibi Mark Rutte aprelin 21 və 22-də Türkiyəyə səfər edəcək.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində Rutte prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər ilə görüşəcək.
Mark Ruttenin Türkiyəyə səfərinin əsas mövzusunun NATO 2026 Sammiti olacağı gözlənilir. Həmçinin səfər zamanı regional və qlobal təhlükəsizlik məsələləri də müzakirə ediləcək.
Xatırladaq ki, NATO-nun 2026-cı il sammiti bu il 7-8 iyul tarixlərində Ankarada keçiriləcək. Türkiyə 2004-cü il İstanbul Sammitindən sonra tarixində ikinci dəfə NATO zirvəsinə ev sahibliyi edəcək.
İbrahim Cəfərov



