|
|
|
|

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Ermənistanda yeni mülki missiyanın yaradılmasını təsdiqləyiblər.
525.az xəbər verir ki, bu missiya seçki proseslərinə xarici müdaxilə, kiberhücumlar və qanunsuz siyasi maliyyələşdirmə də daxil olmaqla hibrid təhdidlərə qarşı mübarizədə İrəvana dəstək verəcək.
Missiya yaxın aylarda işə başlayacaq. Yeni Aİ komandasının Ermənistanda iki il fəaliyyət göstərməsi və 20-30 beynəlxalq işçidən ibarət olması gözlənilir. O, "Avropa İttifaqının Tərəfdaşlıq Missiyası" adı altında fəaliyyət göstərəcək.
Pərvanə Sultanova



