|
|
|
|

Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları açıqlayıb.
525.az xəbər verir ki, son 24 saat ərzində 7 mülki şəxs həlak olub, 21 nəfər isə yaralanıb.
Bununla da 10 oktyabr 2025-ci ildən, atəşkəs başlayandan etibarən ümumilikdə 784 nəfər həlak olub, 2214 nəfər isə yaralanıb.
Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 72 560-a, yaralıların sayı isə 172 317 nəfərə çatıb.
İbrahim Cəfərov



